Ankarada 2 partlayış: yaralılar var - VİDEO

20 Mart 2013 07:34 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankaradakı müxtəlif inzibati binaların qarşısında partlayış meydana gəlib. "Doğan" agentliyinin (DHA) yaydığı məlumata görə, ilk partlayış yerli vaxtla saat 21.00-də (Bakı vaxtıyla 23.00) Ədliyyə nazirliyinin qarşısında baş verib. Partlayış nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Növbəti partlayış hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəz binasında baş verib. Məlumata görə, binanın 7-ci mərtəbəsinə qumbaraatandan atəş açılıb. Binada dağıntı meydana gəlsə də bu hadisə nəticəsində xəsarət alan olmayıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir. Baş verənlər barədə açıqlama verən ədliyyə naziri Sədullah Ergin sabotaj cəhdləri gözlədiklərini deyib. "Bundan sonra baş verəcək sabotaj cəhdləri bizi doğru bildiyimiz yoldan döndərə bilməz. Belə cəhdlərə qarşı hazırlığımız var". /anspress/


















Bu video Adobe Flash Player`ın son sürümünü gerektirmektedir.


Adobe Flash Player`ın son sürümünü indirin.