Dünya futbolunun canlı əfsanəsi əməliyyat olunucaq

6 İyun 2018 21:40 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.

Bu barədə Brest “Dinamo”sunun idarə heyətinin sədrinin həkimi Herman Oçoa məlumat verib.

O bildirib ki, 58 yaşlı mütəxəssis bu üzdən Kolumbiyaya yollanıb: “Dieqo Kalidə müayinə olundu. Nəticələr onun sol dizindən əməliyyata ehtiyac duyduğunu göstərdi. Çünki bir neçə il əvvəl dizindən xəsarət almışdı. Buna baxmayaraq, Maradona Rusiyadakı dünya çempionatına yollana və matçları şərh edə biləcək”.