“Qafqazinfo” xəbər verir ki, matçın ləğv edilməsinə səbəb olaraq fələstinlilərin Barselonada məskunlaşan Argentina yığmasının bazası önündə etiraz aksiyası keçirməsi göstərilib.
Bütün bu etirazları və təhlükəsizlik amilini nəzərə alaraq, Argentina Qüdsə getməkdən imtina edib.
İsrailin idman naziri Miri Reqev isə matçın argentinalı ulduz Lionel Messi və ailəsi üçün terror təhlükəsi səbəbindən ləğv edildiyini bildirib.
AzNews.az