Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb

6 İyun 2018 22:55 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, bu gün təbii fəlakət zamanı həyatını itirən daha 6 nəfərin meyiti aşkarlanıb, daha bir nəfər xəstəxanada keçinib.

Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Ölkədə üç günlük matəm elan olunub.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.