Göyçayda 2 avtomobil toqquşdu - Yaralılar var

6 İyun 2018 23:49 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 22:00 radələrində Göyçay-Ucar yolunda “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yenicə baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.