Ukraynalı qadın Bakıda itkin düşdü

7 İyun 2018 11:03 (UTC+04:00)

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları - Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Binəqədi Rayon Polis Idarəsi onların axtarışlarını aparır.

AzNews.az