Əfqanıstan hökuməti “Taliban”la müvəqqəti atəşkəs elan etdi

7 İyun 2018 11:30 (UTC+04:00)

APA-nın xəbərinə görə, prezident Əşrəf Qəni bu barədə şəxsi “Twitter”də yazıb.

Ə. Qəninin sözlərinə görə, atəşkəs Ramazandan sonra qeyd edilən “Eid-ul-Fitr” (Orucluğun başa çatması məqsədilə qeyd edilir) bayramının beşinci gününə kimi davam edəcək.

Prezident qeyd edib ki, şiddət və sui-qəsd halları dində qəti qadağandır: “Əfqan milli müdafiə və təhlükəsizlik ordusu bu müddət ərzində təkcə "Taliban"a qarşı hücum manevrlərini dayandıracaq, İŞİD və digər əcnəbi terror təşkilatlarının hücumlarına qarşı mübarizə isə davam etdiriləcək”.

Qəni onu da bildirib ki, atəşkəs bəyanatı Əfqanıstan münaqişəsinin sülh yolu ilə həllinə dair hökumətin gücünü və xalqın iradəsini təcəssüm etdirir.

AzNews.az