Neft Fondunun idarəetməyə verilən aktivlərinin həcmi 4,1 milyard dollara çatdı

7 İyun 2018 11:49 (UTC+04:00)

ARDNF-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci il yanvarın 1-nə Fondun xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin məbləği 4,069 mlrd. dollar təşkil edib ki, bu da ARDNF-nin aktivlərinin 11,4%-i həcmindədir.

“”Dünya Bankı” (“World Bank”) tərəfindən idarə olunan vəsaitlərin məbləği 228 milyon dollar (ARDNF-nin aktivlərinin 0,6%-i), “Deutsche Bank Advisors” tərəfindən 104 milyon dollar (ARDNF-nin aktivlərinin 0,3%-i), “UBS Asset Management” tərəfindən 1,598 milyard dollar (ARDNF-nin aktivlərinin 4,5%-i), “State Street Global Advisors” (SSgA) tərəfindən 1 493 milyon dollar (ARDNF-nin investisiya portfelinin 4,2%-i), “Mellon Capital Management” tərəfindən 332 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i), “BlackRock Investment Management” tərəfindən idarə olunan vəsaitlərin məbləği isə 315 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i) təşkil edir,” – deyə məlumatda qeyd olunub.

AzNews.az