Zakir Həsənov NATO-nun toplantısına gedir

7 İyun 2018 12:19 (UTC+04:00)

MN-dən verilən məlumata görə, Azərbaycanı toplantıda müdafiə naziri, general-polkovnik, Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

AzNews.az