Türkiyə ordusu İraqın şimalında PKK bazasına nəzarəti ələ aldı

7 İyun 2018 13:15 (UTC+04:00)

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Avaşindəki düşərgənin tamamilə məhv edildiyi bildirilir.

Qeyd edək ki, ötən gün hakim Ədalət və İnkişaf Partiyasının İdarə heyətinin sədr müavini və mətbuat katibi Mahir Ünal Türkiyə SQ-nin İraqın şimalında irəlilədiyini və PKK-nın mövqeləri üzərində nəzarəti ələ aldığını bildirib.

Bundan əvvəl deyilirdi ki, İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat çərçivəsində türk hərbçilər İraq ərazilərinin 73 km dərinliyinə irəliləyiblər.

AzNews.az