“Ermənistana səfərimizin məqsədi yeni hakimiyyətlə tanışlıqdır” - Həmsədr

7 İyun 2018 13:39 (UTC+04:00)

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

Rusiyalı həmsədr yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yüksək səviyyədə görüşlərin keçirilməsinin planlaşdırılıb-planlaşdırılmaması ilə barədə suala cavabında bütün bu məsələlərin həmsədrlərin Ermənistana səfəri zamanı müzakirə olunacağını söyləyib: "Yaxın günlərdə Ermənistana səfər edəcəyik. Orada bu məsələlər ətrafında ümumi danışıqlar aparacağıq. Biz həmsədrlər hələ ki, Ermənistanın yeni xarici işlər naziri ilə tanış deyilik. Səfərimizin məqsədi Ermənistanın yeni hakimiyyəti ilə tanışlıqdır".

AzNews.az