Arvadını öldürərək qaçan kişinin meyiti Kürdə tapıldı

7 İyun 2018 15:24 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, onun Kəlbəcər rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü, Göygöl rayonunda məskunlaşan Ələsgərov Firudin Əlif oğlu olduğu bildirilir.

F. Ələsgərov bu il mayın 10-da 1973-cü il təvəllüdlü arvadı Laləzar Abdullayevanı öldürərək qaçıb və o zamandan axtarışda olub.

AzNews.az