Rusiyalı turist qayalıqdan yıxılıb xəstəxanalıq oldu

7 İyun 2018 15:39 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə Qobustan Milli Tarix-Bədii Qoruğunda baş verib.

Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Qobustan Milli Tarix-Bədii Qoruğunda Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Sergey Jilnenko ehtiyatsızlıqdan qayalıqdan yıxılaraq xəsarət alıb.

O, xəstəxanaya yerləşdırılib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az