Əfqanıstanda son 9 ildə 23 min dinc sakin öldürüldü

7 İyun 2018 15:46 (UTC+04:00)

“Report” “CA-NEWS” istinadən xəbər verir ki, ölənlərin 18 faizi uşaqlardır.

Bildirilib ki, ölənlərin 52 faiz kişi, 7 faizi qadınlar olub. Həlak olanların 22 faizinin isə meyitləri tanınmaz halda olub.

Dinc sakinlərin ölümünə səbəb olan terror aktlarının 69 faizinin məsuliyyətini silahlı qruplaşmalar öz üzərlərinə götürüblər.

Münaqişə nəticəsində son 9 ildə bir milyondan çox insan daimi yaşayış yerini dəyişib.

AzNews.az