Hollandiya kraliçasının bacısı ölmüş vəziyyətdə tapıldı

7 İyun 2018 16:28 (UTC+04:00)

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat verib.

Hollandiya hökumətinin nümayəndəsi onun ölüm faktını təsdiqləyib.

Bəyanatda Hollandiya kraliçası Maksimanın bacısı İnes Sorreqyetanın iyunun 6-da gecə saatlarında vəfat etdiyi və meyitinin öz yaşadığı evdə aşkarlandığı bildirilib. Qeyd edilib ki, kraliçanın bacısının 32 yaşı var idi.

AzNews.az