17 yaşlı oğlan intihar etdi - Yenilənib

7 İyun 2018 17:54 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, intihar edən şəxs 2001-ci il təvəllüdlü Rasim Azər oğlu Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

***
17:02

Cəlilabad sakini intihar edib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İntihar edən şəxsin gənc oğlan olduğu bildirilir. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az