Ötən il Azərbaycanın xaricdə investisiyalarının ümumi dəyəri 22 milyard dollar olub

7 İyun 2018 17:17 (UTC+04:00)

“APA-Economics” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfrasının (UNCTAD) hazırladığı “Dünya İnvestisiya Hesabatı 2018” adlı sənəddə qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il xaricdən investisiyalar əsasən neft-qaz sektoruna yönəlib ki, bu da bütün investisiyaların 73%-ni təşkil edir. “Azərbaycandan xaricə birbaşa investisiyanın həcmi isə 2016-cı illə müqayisədə 0,4 azalaraq 2 mlrd. 564 mln. dollar olub. “Ümumilikdə ötən il azərbaycanlı investorların xaricdəki investisiyalarının ümumi dəyəri 22,059 milyard dollara, xarici investorların Azərbaycandakı investisiyalarının dəyəri isə 29,551 milyard dollara bərabər olub,” – deyə hesabatda qeyd olunub.

AzNews.az