Mindən çox insan metrodan təxliyyə edildi

8 İyun 2018 13:14 (UTC+04:00)

"Report" TASS-a istinadən xəbər verir ki, buna texniki qəza səbəb olub.

Hadisə Roma metrosunun B xəttindəki stansiyalarından biri olan "Polikliniko"da yaşanıb. Eyni zamanda, başqa bir neçə stansiya da enerjisiz qalıb və bağlanıb.

"Rai News24" teıekanalının məlumatına görə, elektrik xətlərindən birində baş verən qəza tüstülənməyə səbəb olub.

Hadisə yerində yanğınsöndürənlər, polis və tibb işçiləri işləyirlər. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

AzNews.az