İlham Əliyev Türkiyəyə səfər edəcək

7 İyun 2018 18:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya məlumata verilib.

Dövlət başçısı iyunun 12-də Eskişehirdə TANAP layihəsinin açılış mərasiminə qatılacaq.

Açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.