Dünyada ən yaxşı və ən pis aeroportlar hansılardı? - Siyahı

7 İyun 2018 21:28 (UTC+04:00)

Trend-in məlumatına görə, reytinqlər üç faktor üzrə tərtib edilib: xidmətin keyfiyyəti, uçuşların vaxtında yerinə yetirilməsi və sərnişin rəyləri.

İlk yerdə Qətərin paytaxtı Dohadakı Həmad hava limanı, ikinci yerdə Yunanıstanın paytaxtı Afinadakı Elefterios Venizelos, üçüncü yerdə Tokio aeroportu qərarlaşıb.

İlk beşliyə Almaniyanın Köln/Bonn və Sinqapurun Çanqi hava limanları da daxildir.

Moskvanın Domodedovo aeroportu (130-cu yer) və Küveyt hava limanı isə (141-ci yer) ən pis aeroportlar sırasına daxil edilib.

AzNews.az