Oxu.Az “South China Morning Post”a istinadən xəbər verir ki, azyaşlı beşinci mərtəbənin eyvanında dəmirbarmaqlıqdan sallanıb.
Yuxarı çıxa bilməyən uşaq ölümlə üz-üzə qalıb. Fədakar çinli dəmirbarmaqlılarla yuxarı dırmanmağa başlayıb, hadisəyə biganə qalmayan qonşular isə aşağıda hər ehtimala qarşı brezent açıb.
Ancaq brezentə ehtiyac qalmayıb. Cəsur gənc uşağı qaldıraraq, eyvandan mənzilə qaytarıb.
Görüntüləri sizə təqdim edirik: