Qanunsuz ağac kəsintisi ilə bağlı növbəti reyd keçirildi

8 İyun 2018 09:21 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona 709 manat məbləğində ziyan tətbiq olunub.