Çağırışa gedən tibb işçiləri döyüldü

8 İyun 2018 10:22 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az