Bakıda maşının üstünə ağac aşdı - Fotolar

8 İyun 2018 10:51 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi 78 ünvanında qeydə alınıb. İri gövdəli ağac Pərviz Hüseynova məxsus “Mercedes” markalı, 90 LH 819 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az