Müğənni Pərvin Abıyevaya səsləndi: “Bahalı maşını hansı pulla almısan?”

8 İyun 2018 11:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Maşın”ın bu sürətində hədəf seçilən Əli Mirəliyev oyunun sonuna yaxın aktrisa Pərvin Abıyevanı çıxaracağını deyib. Müğənni aktrisanı ara qatmaqda ittiham edib.

Əli Mirəliyev ona “o bahalı maşını hansı pulla almısan? 50 ildir oxuyuram, mənim maşınım yoxdur” – deyə aktrisaya əsəbiləşib.

Əli Mirəliyev AzNews.az-a açıqlamasında “Maşın” şouya doğrudan da qalib olmaq üçün getdiyini deyib:

“Neyləyək ki, alnıma zəhmətlə yaşamaq yazılıb. Görünür avtobuslarda getmək qismətimdədir. Amma oyunda sona kimi qalmaq istədim. Pərvin çox yaxşı qızdır. Orda bir pis adam vardı, o da mən, vəssalam. Mən Pərvinə uduzmadım, oyundan özüm çıxdım. İşimin başında olmalıyam. Onun ünvanına nə dediyimi xatırlamıram. Canlı yayımda hər şey olur”.

Bahar RÜSTƏMLİ
AzNews.az