Çəkiliş meydançasında dava düşdü

8 İyun 2018 12:40 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, ekran işində Canberk obrazını canlandıran Onur Seyit Yaranla ssenarist Baykut Badem arasında mübahisə yaranıb.

Buna səbəb isə B. Bademin prodüser xanımının çalışdığı aktyor-aktrisalara daha çox səhnə yazmasıdır.

Baş verən münaqişədən sonra aktyor serialdan uzaqlaşdırılıb. O, “Kalk Gidelim”in sezon finalından sonra tamaşaçılarla vidalaşacaq. Seyit Yaran yeni mövsümdə layihədə yer almayacaq.

AzNews.az