AMEA-nın Adlı mükafatları təqdim edildi

8 İyun 2018 12:45 (UTC+04:00)

APA-nın xəbərinə görə, 6 alim AMEA-nın adlı mükafatlar ilə təltif olunub.

Akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına və akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı verilir.

AzNews.az