Bakıda vətəndaşı aldadaraq 77 min manatını alan qadın tutuldu

8 İyun 2018 13:22 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.