Keçən ay kirayə mənzillər bahalaşıb

8 İyun 2018 15:22 (UTC+04:00)

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, mayda mənzillərin orta aylıq kirayə haqqı əvvəlki ayla müqayisədə 0,4% artıb. Mayda orta aylıq xidmət haqqı 95,72 manat təşkil edib.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayında xidmət haqqı 0,1% bahalaşsa da, fevral-mart ayları ərzində qiymət sabit qalıb, daha sonra aprel ayında isə 0,2% ucuzlaşma qeydə alınıb.

AzNews.az