Terrorçular polisə hücum etdilər - 4 nəfər öldürüldü

8 İyun 2018 15:28 (UTC+04:00)

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Uankavelika bölgəsində qeydə alınıb.

Partlayıcılarla silahlanmış naməlum şəxslər polis patrul xidmətinin avtomobilinə hücum ediblər. Onlara yardıma getmiş başqa patrul maşınına isə atəş açılıb. Hücum edənlər hadisə yerində elamiyyə saxlayıblar. Sənəddə bildirilib ki, onlar Peru İnqilabi Partiyası adından silahlı mübarizə aparırlar.

Ölkə prezidenti Martin Viskarra 4 polis əməkdaşının öldürüldüyünü təsdiqləyib.

AzNews.az