Gürcüstanda dörd turist öldü

8 İyun 2018 16:21 (UTC+04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub. Bədbəxt hadisə zamanı ölən turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

AzNews.az