İranda İsrail əleyhinə nümayişlər keçirildi

8 İyun 2018 16:25 (UTC+04:00)

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, nümayişlər ölkənin 900-dan çox şəhərində baş tutub. Nümayişçilər İsrailin Fələstinə qarşı atdığı addımları qınayan şüarlar səsləndiriblər.

Nümayişi 5 mindən çox fotoqraf və jurnalist, həmçinin 150 əcnəbi KİV nümayəndəsi işıqlandırıb.

Qeyd edək ki, Qüds günü ilk olaraq 1979-cu ildə İranda qeyd edilməyə başlanılıb. Bir sıra ərəb ölkələrində də həmin gün nümayişlərlə müşayiət edilir.

AzNews.az