“Neftçi”də daha bir istefa

8 İyun 2018 17:10 (UTC+04:00)

"Qafqazinfo" xəbər verir ki, paytaxt klubunda əsas komandanın baş meneceri vəzifəsində çalışan Eldəniz Yusifov işindən ayrılıb.

Bu barədə o, sosial şəbəkə hesabındakı açıqlamasında məlumat verib.

Xatırladaq ki, Yusifov “Neftçi”dən öncə 2005-ci ildən 2017-ci ilin may ayına qədər AZAL Peşəkar Futbol Klubunda müxtəlif vəzifələrdə çalışıb.

AzNews.az