“Akademiya büdcədənkənar vəsait qazanacaq” - Akif Əlizadə

8 İyun 2018 17:19 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O bildirib ki, hazırda akademiya universitetinin yaradılması əsas prioritetdir.

Azərbaycan alimlərinin Avropa layihələrində iştirakının vacibliyini vurğulayan A. Əlizadə qeyd edib ki, növbəti illərdə regional yönümlü layihələr və tədqiqatlar AMEA tərəfindən dəstəklənəcək.

Qeyd edək ki, A. Əlizadə bu gün yenidən 5 il müddətinə AMEA prezidenti seçilib.

AzNews.az