Ermənistanda atışma - Yaralanan var

8 İyun 2018 17:36 (UTC+04:00)

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, atışma nəticəsində bir nəfər xəsarət alıb.

Qeyd olunur ki, atışma Geqarkunik vilayətinin qubernatoru Andranik Akopyanın oğlunun qətli ilə bağlı məhkəmə işi zamanı baş verib.

Məlumata əsasən, ittiham olunan şəxsin qohumu qarşı tərəfin nümayəndələrinə atəş açıb.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu deyilir.

AzNews.az