"Tramp-Kim burgeri", "Sammit" buzlu çayı... - Məşhur Sammitə xüsusi hazırlıq (Foto)

8 İyun 2018 20:05 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, yerli restoranların birində müştərilərə “Tramp-Kim” burgeri təqdim olunur.

Bu burger ənənəvi Koreya barbekü ətindən və Amerikanın kəskin sousu ilə hazırlanıb.

Bundan başqa, Sinqapurda “Sammit” adında buzlu çay təqdim olunur.

Qeyd edək ki, Donald Tramp və Kim Çen In arasında görüş Sinqapurda iyunun 12-də keçiriləcək.

Onu da bildirək ki, siyasi məsələlərin marketinqdə olması son zamanlarda daha geniş yayılıb.

Belə ki, Rusiyada prezident seçkiləri ərəfəsində da belə bir təşəbbüsə imza atılmışdı.

AzNews.az