"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirib.
Agentliyin məlumatına görə, İsrail əsgərləri Qəzza sektorunun cənubundakı Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər. Həmin ərazidə polislə toqquşmalarda ağır yaralanmış daha bir ərəb ölüb.
Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliidə öldürülüb.
***
20:27
Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl-Kidra bildirib.
“Bu gün Qəzzanın şərq sərhədində toqquşmalar nəticəsində 2 nəfər ölüb, daha 514 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə Əşrəf əl-Kidra qeyd edib.
İsrail tərəfinin hesablamalarına görə, bugünkü aksiyada 10-dək etirazçı iştirak edib.
Martın 30-dan etibarən fələstinlilər Qəzza zolağının sərhədində Böyük Qayıdış Yürüşünə başlayıb. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 125 fələstinli ölüb.
AzNews.az