Bu dövlətlərin baş nazirləri İlham Əliyevə məktub göndərdilər - Fotolar

8 İyun 2018 20:43 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Gürcüstan hökuməti və xalqı adından Sizi və dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Biz Gürcüstan və Azərbaycan Respublikası arasında möhkəm dostluğa, həmrəyliyə və qarşılıqlı hörmətə söykənən, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edən yüksək səviyyəli əlaqələrə böyük əhəmiyyət veririk. İnanıram ki, mövcud uğurlu əməkdaşlığımızın genişlənməsi üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyik”.

Niderland Krallığının Baş naziri Mark Rütte də dövlət başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib:

“Əminəm ki, ölkələrimiz arasındakı gözəl münasibətlər xalqlarımızın mənafeyi və rifahı naminə gələcəkdə də inkişaf edəcək.

Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram”.