Makron "Böyük Yeddiliyin" danışıqlar mövzularını elan etdi

9 İyun 2018 09:10 (UTC+04:00)

"Bu axşam bizim Şimali Koreya (bu məsələylə bağlı sizin Sinqapurda çox əhəmiyyətli bir görüşünüz olacaq), Suriya və İranla bağlı mövzularda panel müzakirələrimiz olacaq", - fransa lideri ABŞ prezidentinə söylədi.

Makron Birləşmiş Ştatlar və Fransa arasındakı ticarət əlaqələrində kritik ziddiyyətlərin olduğunu qeyd edərək, hər vəziyyətdən çıxış yolunun olduğunu bildirdi.

Fransa prezidenti qeyd etdi: "Bizim çox səmimi və açıq diskussiyamız oldu. Və mən hər tərəfdən kompromisin eldə olunması üçün hazırlığın olduğunu müşahidə etdim. Məhz bu razılıq bizim xalqlarımız, işçilərimiz və orta sinif təbəqəsi üçün uğur əldə etmənin ən doğru yoludur.

AzNews.az