Bakıda mənzil qarət olunub

20 Mart 2013 16:34 (UTC+04:00)
Paytaxtın binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rəsulzadə qəsəbəsində yaşayan Elşən Ağamalıyev polisə bildirib ki, evdə olmadıqları vaxt yaşadığı mənzili qarət edilib. Evdən xeyli məişət əşyaları, 220 manatlıq velosiped və 1400 manatlıq istilik sistemi götürülüb. Əməliyyata başlayan polis çox çəkməyib ki, oğurluqda şübhəli bilinən Masallı sakini 44 yaşlı Rasim Əliyevi saxlayıb.
Araşdırma zamanı bəlli olub ki, Rasim Əliyev bir neçə dəqiqə müddətində sökərək oğurladığı istilik sistemini və digər əşyaları 3-cü mikrarayon bazarında dəyər- dəyməzə satıb.
Əvvəllərdə həbs olunan Rasim Əliyev barəsində bu dəfə Binəqədi polisində cinayət işi başlanılıb.

AzNews.az