Bakı, Sumqayıt və Cəlilabadda yaşayış evləri yanıb

9 İyun 2018 09:23 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 m² sahədə, Cəlilabad rayonunda ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının döşəməsi 2 m² sahədə, 1 ədəd divan və taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində fermanın ərazisində ümumi sahəsi 24 m² olan vaqon tipli evin yanar konstruksiyaları yanıb. Yaşayış evlərinin qalan hissəsi və ferma yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az