Təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb - Foto

9 İyun 2018 12:30 (UTC+04:00)

Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Belə ki, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məcid Qasım oğlu Sultanova babası Gəncə şəhər sakini İdris Hüseyin oğlu Sultanov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az