Heydər Əliyev Mərkəzinin parkında Real Aykido üzrə ustad dərsi keçiriləcək

9 İyun 2018 13:58 (UTC+04:00)

"Report"un məlumatına görə, dərsi Real Aykido döyüş sənəti üzrə 4-cü dan qara kəmər ustası, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti Fariz Abdullayev keçəcək.

6 yaşından yuxarı arzu edən hər bir şəxs kimono geyimində dərsə qatıla bilər. İştirak ödənişsizdir.