Əfqanıstanda Taliban hücumu - 20 polis öldürüldü

9 İyun 2018 14:28 (UTC+04:00)

Trend-in məlumatına görə, insident Kunduz vilayətində gecə saatlarında baş verib.

Vilayət qubernatoru toqquşma nəticəsində 8 silahlının da öldürüldüyünü xəbər verib.

Qeyd edək ki, Əfqanıstan preizdenti Əşrəf Qani iyunun 11-dən 19-a qədər Ramazan bayramı münasibətilə Talibanla atəşkəs elan edib.

AzNews.az