KXDR-dən Sinqapura 100 nəfərlik nümayəndə heyəti gedəcək

9 İyun 2018 15:44 (UTC+04:00)

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, onların arasında həm rəsmi şəxslər, həm də təhlükəsizlik xidmətinin əməkdaşları var.

Kım Çen Inın Sinqapura iyunun 10-da gedəcəyi gözlənilir. İlkin məlumata əsasən, onun təyyarəsi Çanqi aeroportunda yerə enəcək. KXDR liderinin özünə məxsus “İl-62” təyyarəsindən istifadə edəcəyi ehtimal olunur. Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən bəri bu yaxınlarda həmin təyyarə ilə ilk xarici uçuşunu edərək Çinin Dalyan şəhərinə, ÇXR Sədri Si Cinpinin görüşünə gedib. “The Straits Times” nəşri yazır ki, Pekin ona özünün uzaq magistrallı laynerlərindən birini təqdim edə bilər.

Nəşrin məlumatına görə, Şimali Koreyanın nümayəndə heyəti üçün qida məhsulları daşıyan “İl-76” təyyarəsi iyunun 10-da Sinqapura yollanacaq. Kım Çen Inın Orçard ticarət küçəsinin, həmçinin “Shangri-La” otelinin yaxınlığında yerləşən “St. Regis” mehmanxanasında qalacağı bildirilir. ABŞ Prezidenti Donald Trampın da həmin mehmanxanada qalacağı gözlənilir.

AzNews.az