“Gazprom” Hindistana LNG tədarükünə başladı

9 İyun 2018 16:40 (UTC+04:00)

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan uzunmüddətli razılaşma çərçivəsində indiyə qədər ən ucuz qazı “Gazprom”dan alıb. Hindistanın “Gazprom”dan aldığı LNG-nin qiyməti Qətərdən tədarük etdiyi qazın qiymətindən 1,5 dollar, Avstraliya və ABŞ maye qazından isə 1-1,5 dollar ucuzdur. Hindistan 20 il ərzində Rusiyadan 25 milyard dollarlıq LNG alacaq.

Hindistan neft-qaz, bacarıqların inkişafı və sahibkarlıq naziri Dharmendra Pradhan deyib: “Dörd il əvvəl biz təkcə Qətərdən LNG alırdıq. İndi isə LNG təchizatını ABŞ, Avstraliya və Rusiya ilə şaxələndirmişik”.

AzNews.az