Trend-in məlumatına görə, "Baku Expo 2025"-in xüsusi səfiri Elnur Sultanov təqdimatda çıxış edərək bildirib ki, "Baku Expo 2025" sərgisi qlobal platforma hesab edilməlidir.
E.Sultanov qeyd edib ki, bu sərgi uzunmüddətli strateji məqsədlərin həyata keçirilməsi üçün fürsətdir:
"Baku Expo 2025" sərgisinin sloqanı insan kapitalını inkişaf etdirmək, yaxşı gələcək qurmaqdır. "Baku Expo 2025"-də yaxşı debatlar apara bilərik. Həmin il davamlı inkişaf hədəflərinin qəbul olunmasının 10 illiyini keçirəcəyik".
Onun sözlərinə görə, sərgi unikal platforma yaradacaq ki, hamı 2030-ci il Davamlı inkişaf gündəliyinin məqsədlərini müzakirə edə bilsin".
AzNews.az