“Mercedes”lə yük maşını toqquşdu

9 İyun 2018 19:26 (UTC+04:00)

AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Oraban kəndində "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilinin sürücüsünə yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.