İranda ilk dəfə qadın məmura yüksək vəzifə verildi

9 İyun 2018 21:28 (UTC+04:00)

Məryəm Bəxşi Gilan əyalətinin Gənclər və İdman İdarəsinin rəisi təyin olunub.

"Report"un İRNA-ya istinadən verdiyi məlumatına görə, bu barədə ölkənin gənclər və idman naziri Məsud Sultanifər əmr imzalayıb.

Bəxşi indiyədək Gilanın Gənclər və İdman İdarəsində müxtəlif vəzifələrdə çalışıb. O, İranda belə yüksək vəzifəyə təyin olunan ilk qadındır.

AzNews.az