Üç gün əvvəl Kür çayında batan 11 yaşlı oğlanın meyiti aşkarlanıb - Yenilənib

9 İyun 2018 22:33 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub. Meyit FHN-in müvafiq qurumlarının əməkdaşları tərəfindən sudan çıxararaq aidiyyatı üzrə təhvil verilib.

***
21:46

Kür çayında naməlum meyit aşkarlanıb.

FHN-dən AzNews.az-a verilən məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub.